AzQAC Sumqayıt şəhər bölməsi tərəfindən 16 saylı məktəbdə PSPSD üzrə sessiya keçirilib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt şəhər bölməsi tərəfindən 16 saylı məktəbdə PSPSD üzrə sessiya keçirilib
23
may 2024-cü il tarixində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyasının (IFRC) dəstəyi ilə AzQAC-ın Sumqayıt şəhər bölməsinin Psixi
Sağlamlıq və Psixososial Dəstək üzrə əlaqələndirici şəxsləri Lalə Cəlilzadə və
Əli Nadirli tərəfindən 16 saylı orta məktəbdə “Stresslə və böhranla mübarizə",
"Stressli vəziyyətlərdə işləmək", "Özünəqayğı" mövzularında
maarifləndirmə seminarı keçirilib. Seminarda məktəbin 8 ci sinif şagirdləri
iştirak ediblər. Şagirdləri maraqlandıran suallar cavablandırılaraq mövzu üzrə
bukletlər paylanılıb.