1-2 may
2024-cü ildə, Avropa İttifaqı (EU) tərəfindən maliyyələşdirilən “Azərbaycanda
icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının
potensialları arasındakı boşluğun aradan qaldırılması” layihəsi çərçivənsində
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara
Cəmiyyətləri Federasiyası (IFRC) ilə birlikdə AzQAC-ın İmişli rayon bölməsində
“Yerli strukturların təşkilati bacarıqlarının və imkanlarının təhlili (BOCA)”
adlı təlim proqramı həyata keçirib.
Bu
proqram daha öncə BOCA
təlimi zamanı
milli cəmiyyətin könüllüləri olaraq BOCA fasilitator statusunu qazanmış
Abbasova Günel, Məmmədov Xəyyam və Rüstəmov Qasım tərəfindən həyata keçirilib.
Təlimdə könüllülərlə yanaşı
AzQAC İmişli rayon bölməsinin rəhbərliyi də iştirak edib. Təlim proqramı
ərzində iştirakçılar BOCA metodologiyalarına dair təlimatlandırıcı materiallar
ilə tanış olublar. Sonra isə bölmənin ehtiyaclarına uyğunlaşdırılmış təşkilati
inkişaf strategiyalarını inkişaf etdirməyə yönəlmiş interaktiv sessiyalarda
aktiv iştirak ediblər.