Fövqəladə Mobil Könüllü Dəstələr tərəfindən “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” üzrə yayım sessiyaları keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / Fövqəladə Mobil Könüllü Dəstələr tərəfindən “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” üzrə yayım sessiyaları keçirilib

Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) müntəzəm fəaliyyətlərinin bir hissəsi olaraq, FMKD-nın üzvləri məktəblərdə “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” üzrə yayım sessiyaları keçməyə davam edirlər. Bu sessiyaların əsas məqsədi Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı haqqında bilikləri bölüşmək, rayon bölməsini və onun fəaliyyətlərini ictimaiyyətə təqdim etməkdir. Sessiyalar zamanı şagirdlərə Hərəkatın tarixi, onun əsas prinsipləri və emblemləri, həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyəti və onun fəaliyyətləri baradə ətraflı məlumat verilib.
 
Sessiyalar, həmçinin, şagirdlər üçün interaktiv məşğələləri əhatə edir və sual-cavab ilə başa çatıb.


Belə ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə 2024-cü ilin may ayında AzQAC-ın Tərtər, Ağdam, Füzuli, Tovuz, Cəbrayıl, Qazax və Bərdə rayon bölmələrinin könüllüləri tərəfindən  ümumilikdə 8 yayım sessiyası həyata keçirilib.