Fövqəladə Mobil Könüllü Dəstələr (FMKD) tərəfindən İlk Yardım sessiyaları keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / Fövqəladə Mobil Könüllü Dəstələr (FMKD) tərəfindən İlk Yardım sessiyaları keçirilib

Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) müntəzəm fəaliyyətlərinin bir hissəsi olaraq, FMKD-nın üzvləri İlk Yardım sessiyalarının təşkilini davam edirlər. Bu tədbirinin əsas məqsədi icma arasında əsas ilk yardım bilik və bacarıqlarını yaymaqdır. Belə müntəzəm tədbirlərin təşkili həm də FMKD-nın könüllülərinə İlk Yardım texnikalarını tez-tez tətbiq etmək və biliklərini möhkəmləndirmək imkanı verir.
 
Tədbir zamanı iştirakçılara ilk yardımın əsasları, bərpa vəziyyəti, tənəffüs tutulması, qanaxmalar, sınıqlar, zəhərlənmə və yanıqlar haqqında geniş məlumat verilib və praktiki məşğələlər nümayiş etdirilib. Eyni zamanda, ilk yardım bilikləri ilə yanaşı, iştirakçılara Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, o cümlədən AzQAC-ın müvafiq rayon bölməsinin fəaliyyətləri haqqında qısa məlumat verilib.
 
Belə ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə 2024-cü ilin may ayında AzQAC-ın Tərtər, Ağdam, Füzuli, Bərdə, Cəbrayıl, Qazax və Tovuz bölmələrinin Fövqəladə Mobil Könüllü Dəstələrinin üzvləri tərəfindən  ümumilikdə 9 Mobil İlk Yardım Postu tədbiri təşkil edilib.