31 may 2024-cü
ildə Miqrasiya şöbəsinin miqrant tələbələri ilə bayram münasibətilə görüş
keçirilib. Görüşdə İcraçı katibin müavini, Gənclər və Könüllülər şöbəsinin
müdiri Xalidə İsgəndərova, Türk Qızılay nümayəndəsi Hüseyin Çitak, AzQAC-ın Azərbaycan
dili kursunun müəllimi Sona Hacıyeva, İdrak
Liseyinin direktor müavini, İB koordinatoru Nuriyə Allahverdiyeva, CAS
koordinatoru, tarix müəllimi Bircə Bayramova, ingilis dili müəllimi Könül
Almuradova iştirak ediblər.
Görüşün əsas məqsədi
miqrant tələbələrin cəmiyyətə inteqrasiyası üçün lazımi tədbirlərin, görüşlərin
keçirilməsi ilə əlaqəli olub. İdrak Liseyinin direktor müavini, İB koordinatoru
Nuriyə Allahverdiyeva çıxışında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin keçmiş
könüllülərindən olduğundan və bunun onun həyatındakı rolundan söz açıb. Liseydə
tələbələrin bir çox sahə ilə bağlı(kompüter texnologiyaları, hüquq, biznesin
idarə edilməsi) təhsil imkanları təklif etdiklərini, tələbələrə humanizmi təbliğ
etdiklərini və beynəlxalq vətəndaş yetişdirdiklərini qeyd edib.
Sona Hacıyeva isə
gələcəkdə də bu tip görüşlərin keçirilməsinin
vacibliyini qeyd edib. Tələbələr qarşılıqlı ünsiyyət əsasında İdrak Liseyi
haqda ətraflı məlumat əldə ediblər.
Eyni zamanda 1
iyun “Beynəlxalq Uşaqlar Günü” münasibəti ilə uşaqlara bayram hədiyyələri
verilib.
Sonda isə xatirə
şəkli çəkilib.