27 may 2024-cü il tarixində Avropa İttifaqı (Aİ) və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) dəstəyi ilə AzQAC-ın Sumqayıt şəhər bölməsinin Psixi Sağlamlıq və Psixososial Dəstək üzrə əlaqələndirici şəxsləri Lalə Cəlilzadə və Əli Nadirli tərəfindən 15 saylı orta məktəbdə “Streslə və böhranla mübarizə", "Stresli vəziyyətlərdə işləmək", "Özünəqayğı" mövzularında maarifləndirmə seminarı keçirildi.
Seminarda
məktəbin 8- ci sinif şagirdləri iştirak edirdi.
Şagirdləri maraqlandıran suallar cavablandırılaraq mövzu üzrə bukletlər paylanıldı.