29 may 2024-cü il tarixində
Avropa İttifaqı (Aİ) və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyasının (IFRC) dəstəyi ilə AzQAC-ın Sumqayıt şəhər bölməsinin Psixi
Sağlamlıq və Psixososial Dəstək üzrə əlaqələndirici şəxsləri Lalə Cəlilzadə və
Əli Nadirli tərəfindən 17 saylı orta məktəbdə “Streslə və böhranla
mübarizə", "Stresli vəziyyətlərdə işləmək",
"Özünəqayğı" mövzularında maarifləndirmə seminarı keçirildi.Seminarda
məktəbin 9-cu sinif şagirdləri iştirak edirdi.
Şagirdləri maraqlandıran suallar cavablandırılaraq mövzu üzrə bukletlər paylanıldı.