01 iyun 2024-cü il tarixində “Green Start
Academy “ təhsil mərkəzinin dəvəti ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətində Azərbaycan
dili öyrənən xeyli sayda məktəbli miqrant uşaqları da
Uşaqların müdafiəsi günündə tərbiyəvi – musiqili - əyləncəli tədbirdə iştirak ediblər.
Tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov uşaqlarla görüşdə olub. Onun səmimi
söhbətləri, uşaqlar və valideynlər üçün maraqlı
fikirləri görüşü daha da mənalı edib.
Uşaqlar çox həvəslə rəqs edib, müxtəlif dillərdə şerlər, mahnılar ifa ediblər.
Uşaqlar üçün kitab nəşriyyatı tərəfindən hamıya gözəl tərtibatlı nağıl və hekayələr
kiabları, rəngarəng şarlar paylanılıb. “Green Start Academy”– nin rəhbəri gözəl
ziyalımız Aysel Rəsulzadə, akademik gəzinti layihələr rəhbəri Nigar Mahmudova,
bəstəkar Lalə Şirin, Miqrasiya şöbəsinin müəllimi Sona Hacıyeva və bir neçə
valideyn uşaqları təbrik edərək onlara öz ürək sözlərini söyləyiblər.
Sonda millət vəkili Ceyhun Məmmədov və miqrant
valideynlər uşaqlara göstərilən bu qayğı
və diqqət üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslana, mərkəzin
rəhbəri Aysel Rəsulzadəyə, menecer Şəbnəm İsmayılzadəyə , gözəl musiqi müşayiəti
üçün Lalə Şirinə və AzQAC Miqrasiya şöbəsinin müəllimə Sona Hacıyevaya öz təşəkkürlərini
bildiriblər və belə kollektiv tədbirlərin, görüşlərin mütəmadi olmasını arzulayıblar.