Qızıl Aypara Cəmiyyəti Könüllüləri Üçün Təşkil Olunan Konsert Tədbiri

Əsas səhifə / XƏBƏRLƏR / Qızıl Aypara Cəmiyyəti Könüllüləri Üçün Təşkil Olunan Konsert Tədbiri
 Concert event organized for volunteers of the Azerbaijan Red Crescent Society

Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinin əsas sütununu könüllülər təşkil edir. Onların göstərdiyi fədakarlıq və sədaqət, cəmiyyətin missiyasının həyata keçirilməsində mühüm rol oynayır. Könüllülər, təbii fəlakətlər zamanı yardımların çatdırılmasından, sağlamlıq xidmətlərinin göstərilməsinə qədər hər sahədə əvəzsiz işlər görürlər. Onların səyləri sayəsində, yüzlərlə insanın həyatı yaxşılaşdırılır və çox sayda insan yardım alır.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti,  fədakarcasına çalışan könüllülərini   təqdir etmək üçün xüsusi  konsert tədbirinə dəvət etmişdir.  

Tədbir, Heydər Əliyev sarayında 04.06.2024 cü il tarixində yerli musiqiçilər və sənətçilərin iştirak etdiyi möhtəşəm bir konsert proqramı ilə başladı. Konsertdə  müxtəlif musiqi nömrələri və şoular nümayiş etdirildi, bu da tədbiri daha da maraqlı və yaddaqalan etdi. Konsert proqramı ilə yanaşı,   təltifetmə mərasimləri də keçirildi.

Bu konsert tədbiri, Qızıl Aypara Cəmiyyətinin könüllülərini və donorlarını təqdir etmək və onlara minnətdarlığımızı bildirmək üçün mükəmməl bir fürsət oldu.

Bu cür tədbirlər, cəmiyyətimizin birlik və bərabərliyini gücləndirir, könüllülərimizin və donorlarımızın əməyini yüksək qiymətləndirir. Onların səyləri və dəstəyi sayəsində, biz daha çox insana kömək etməyə və daha böyük layihələr həyata keçirməyə davam edəcəyik.

Könüllülərimizə və donorlarımıza sonsuz təşşəkkürlərimizi bildiririk. Sizlər bizim ümidimizsiniz və bu ümid sayəsində daha parlaq bir gələcəyə doğru irəliləyirik.

Bu tədbirin təşkilində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanova və əməyi olan əməkdaşlara təşşəkkür edirik.