3-5
iyun 2024-cü il tarixlərində Azərbaycan
Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə əməkdaşlıq sayəsində
Naftalan şəhərində AzQAC-ın Gədəbəy, Ağdam, Cəbrayıl,
Xocavənd, Kəlbəcər rayon bölmələrinin könüllülərinə Beynəlxalq
Qızıl Xaç komitəsinin və AzQAC-nin ekspertləri tərəfindən 3 günlük “Mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr” mövzusunda təlim təşkil edilib.
Tədbirin
məqsədi könüllülərin bilik və bacarığının artırılması, gələcək
fəaliyyətlərdə əhali arasında peşəkarcasına maarifləndirmə işlərinin həyata
keçirilməsinə dəstək olmaqdan ibarət olub. Eyni zamanda yeni
könüllülərin növbəti təlimlərə cəlb olunması məqsədilə hazırlıq işlərinin
davamlı aparılması üçün tövsiyə xarakterli müzakirələrin aparılması nəzərdə
tutulub. Növbəti mərhələdə hazırlıq keçmiş könüllülərin sayının 300 nəfərə
çatdırılması hədəf olaraq qarşıya qoyulub. Onu da qeyd etmək lazımdır ki, artıq
190 nəfər mina təhlükəsizliyi üzrə təlim keçmiş gənc könüllü bu yönümlü
fəaliyyətlərdə iştirak edəcəklər.
Qeyd edilən fəaliyyətlərin həyata keçirilməsində AzQAC-nın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov lazımi dəstək göstərərək müvafiq tapşırıq verib, bu tapşırığa uyğun olaraq Cəmiyyətin İcraçı Katibi Ceyhun Mirzəyevin iştirakı ilə birgə müzakirələr aparılıb, məsələnin aktuallığının daim diqqətdə saxlanılması qeyd edilib, iş planına uyğun olaraq növbəti fəaliyyət istiqamətləri müəyyən edilib.
AzQAC rəhbərliyinin
BQXK ilə birgə apardığı müzakirələr nəticəsində müəyyən edilmiş istiqamətlər
üzrə fəaliyyətlər hal-hazırda aidiyyatlı bölgələr üzrə icra edilməkdədir.
Tədbirdə Cəmiyyətin
Silahlara Qarşı Mübarizə proqramının koordinatoru Məmməd Kətanov, BQXK-nın
Silahların yaratdığı təhlükələrlə mübarizə şöbəsinin, dünya üzrə rəhbəri Erik
Tollefsen, BQXK-nın Silahların Yaratdığı Təhlükələrlə Mübarizə
şöbəsinin koordinatoru Bishnu Mahat, BQXK-nın Bərdə nümayəndəliyinin layihə koordinatoru Fidel
Etsora, Silahların Yaratdığı Təhlükələr şöbəsinin əməkdaşları Rövşən Hümbətov, Çingiz Rəhmanov,
Nicat Məmmədov və Seymur Yusifli iştirak ediblər.
Tədbirin
sonunda iştirakçılara Beynəlxalq Qızıl Xaç komitəsi tərəfindən Şəhadətnamələr
təqdim olundu.
Sonda iştirakçılarla birlikdə xatirə şəkli çəkilib.
Bu fəaliyyətlərin həyata keçirilməsində səmərəli əməkdaşlığa, eyni zamanda göstərdikləri dəstəyə görə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbərliyinə təşəkkürümüzü bildiririk.