Girişi BQXK-nın Azərbaycandakı nümayəndəliyinin sədr müavini Ignacio Casares Garcia açaraq gələcəkdə birlikdə görəcəyimiz fəaliyyətlərdən, əməkdaşlıq üçün dəstək göstərməyə hazır olduğunu, risklərə qarşı məlumatlılığın artırılması barədə təlimlərin keçirilməsinə davam etməyin lazım olduğunu qeyd edib.
AzQAC-ın İcraçı katibi Ceyhun Mirzəyev çıxışında dəstək və diqqətə görə təşəkkür edib. Həyat xilas etmək üçün hər fəaliyyətə açıq və hazır olmağını qeyd etmişdir. Bu məsələnin Milli Cəmiyyətlərdə maarifləndirmə mövzusunda dəstəyin önəmi, regionlarda ”Qapı-Qapı” sessiyalarının, məktəblilər üçün seminarların, məktəbli forum teatrı və çay evi sessiyalarının təşkil olunduğundan danışıb. 16.000-dən çox adam məlumatlandırılmağını və 2016-2020-ci illərdə Komitə tərəfindən lazımlı əşyalar təmin olunmasını bildimişdir.
Sonra, Erik Tollefsen insanlarda könüllü olmaq istəyini gördüyünü, bizə peşəkarlardan əlavə yerli mütəxəssislərin də lazımlı olduğunu bildirib. Eyniliklə, AzQAC-ın fəaliyyətini işıqlandırma barədə fikrini bildirib. Post-konfliktdən reallığla işləməyin üsullarını bilməliyik ki, ölüm sayı konflikt vaxtından çox olmaması üçün çalışmağa çağırıb.
Bernard Julier tezliklə yenidən görüşəcəyimizi bildirib.