1988‑ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Assambleyasının 42‑ci sessiyasında 19 saylı qətnamə ilə 31 may Ümumdünya Tütünsüz Günü elan edilmişdi. Bu münasibətilə 5 iyun 2024-ci ildə 252 nömrəli məktəbdə tədbir keçirildi. Tədbirdə AzQAC-ın “Sağlamlıq proqramları”nın mütəxəssisi Mətanət Qaraxanova, AzQAC-ın könüllüsü, 18 saylı uşaq poliklinikasının həkim-pediatrı Aygün Cəfərli, məktəbin tədris hissə müdiri, psixoloq, valideynlər, yuxarı sinif şagirdləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan məktəbin psixoloqu bu gün haqqında qısa məlumat verdi. Daha sonra Mətanət Qaraxanova auditoriyaya AzQAC-ın sağlamlıq sahəsində fəaliyyətlər barədə məlumat verərək, tütünlə mübarizədə maariflənmənin önəmli olduğunu vurğuladı.
ÜST-n Tütünlə mübarizənin hər gün qeyd olunması tövsiyyəsini səsləndirdi. Daha sonra könüllü tibb işçisi Aygün Cəfərli tütünçəkmənin insan orqanizminə zərərli təsirindən danışaraq, sağlam həyat tərzi biliklərini tətbiq etməyi qeyd etdi.
Aktiv və passiv siqarətçəkmədən danışan tibb işçisi tütün tüstüsünün tərkibindəki zərərli, psixoaktiv maddələr, tütünçəkmə səbəbindən yarana bilən xəstəliklər barədə geniş söhbət etdi. Digər tədbir isə UNEC nəzdində olan sosial-iqtisad kolecində keçirildi. Hər iki tədbirdə iştirakçıların maraqlı sualları cavablandırılmışdı. ÜST mövzu ilə əlaqədar posterlər istifadə edildi.
Sonda müəllimlərə, şagirdlərə və valideynlərə maarifləndirici bukletlər paylanıldı.