03-06 iyun 2024-cü il tarixlərində
AzQAC və BQXK ilə birgə əməkdaşlıq çərçivəsində "Risklər barədə
maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda silsilə maarifləndirmə
sessiyaları davam etməkdədir.
Maarifləndirici sessiyalarının keçirilməsində əsas məqsəd keçmiş təmas xəttinə
yaxın kəndlərdə, qəsəbələrdə mina və partlamamış hərbi sursatlarla (PHS) bağlı
məlumatlılığın artırılması, mümkün risk faktorunun minimuma endirilməsidir.
Fəaliyyətlər
Tərtər rayonunda “Qapı-qapı” və “Çay evi” sessiyaları və Ağdam rayonunda
“Qapı-qapı”, “Məktəb” və “Forum teatr” sessiyaları formatında həyata
keçirilib.
Maarifləndirmə sessiyalarında xəbərdaredici və
məlumatlandırıcı nişanlar, mina təhlükələrindən qorunmaq barədə geniş
məlumatlar verilib. Daha sonra maarifləndirici broşura paylanılıb, şagirdlər
əyani vəsaitlərlə təmin olunub, təhlükə zamanı müraciət edilə biləcək dövlət
qurumları və əlaqə vasitələri haqqında məlumat verilib.
Mina və PHS təhlükəsi ilə bağlı maarifləndirici
sessiyalar üzrə ümumilikdə 12.000 nəfərdən çox əhali qrupu cəlb edilib.
Sessiyaların keçirilməsinin digər ərazilərdə də silsilə şəklində davam
etdirilməsi nəzərdə tutulub.
Fəaliyyətlərdə AzQAC-ın Silahlara Qarşı Mübarizə
proqramının koordinatoru Məmməd Kətanov, BQXK-nın Silahların yaratdığı
təhlükələrlə mübarizə şöbəsinin dünya üzrə rəhbəri Erik Tollefsen, BQXK-nın
Silahların Yaratdığı Təhlükələrlə Mübarizə şöbəsinin koordinatoru Bishnu Mahat,
BQXK-nın Bərdə nümayəndəliyinin layihə koordinatoru Fidel Etsora, Silahların
Yaratdığı Təhlükələr şöbəsinin əməkdaşları Rövşən Hümbətov, Çingiz
Rəhmanov, Seymur Yusifli, AzQAC-ın Ağdam rayonun bölmə sədri Nadir Qədimli, Tərtər rayonun bölmə sədri Heydərov Etibar, Bərdə rayonun bölmə sədri Rafael Vəliyev və bu rayonların könüllüləri iştirak ediblər.
Qeyd edilən fəaliyyətlərin həyata keçirilməsində AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov lazımi dəstək göstərərək müvafiq tapşırıq verib. Bu tapşırığa uyğun olaraq, Cəmiyyətin İcraçı Katibi Ceyhun Mirzəyevin iştirakı ilə birgə müzakirələr aparılıb, məsələnin aktuallığının daim diqqətdə saxlanılması qeyd edilib, iş planına uyğun olaraq növbəti fəaliyyət istiqamətləri müəyyən edilib.
Bu fəaliyyətlərin həyata keçirilməsində səmərəli əməkdaşlığa, eyni zamanda göstərdikləri dəstəyə görə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbərləyinə təşəkkürümüzü bildiririk.