03 iyun 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Abşeron rayon bölməsinin hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və koordinatorları, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri və fəalları iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Abşeron rayon bölməsinin sədri Fazilə Hüseynovanın hesabatı dinlənildi, videorolik nümayiş olunub. Fazilə Hüseynova çıxış edərək hesabat dövrü ərzində görülən işlərdən danışdı. Daha sonra natiqlər son illər ərzində görülən işlərdən danışaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Abşeron rayon bölməsinin fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
İlk 26 təşkilatdan 35 nəfərin iştirakı bu tədbirdə
qeyd olunub.
Hesabat-seçki yığıncağında təşkilati məsələlərə baxıldı və Fazilə Hüseynova yenidən növbəti 3 il üçün sədr seçilib.