06 iyun 2024-cü il tarixində Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin Nəsimi rayon bölməsinin hesabat-seçki yığıncağı
keçirilib. Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Vitse prezidenti Qafar
Əsgərzadə, İdarə rəisi-Vitse-prezident Əziz Qocayev, AzQAC-ın Bakı Regional Mərkəzinin koordinatoru Rəna
İbrahimova, Miqrasiya şöbəsinin rəhbəri Məmməd Kətanov iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər
Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin
xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AzQAC-ın Nəsimi rayon bölməsinin sədri
Afət Quliyevanın 2021-2024-cü illər üzrə sədrin və maliyyə komissiyasının
hesabat məruzəsi dinlənilib, XXVII Baş Məclisin nümayəndələrinin seçilməsi təqdim olunub. Afət
Quliyeva çıxış edərək hesabat dövrü ərzində görülən işlərdən danışıb. Daha
sonra natiqlər son illər ərzində görülən işlərdən danışaraq, Azərbaycan
Qızıl Aypara Cəmiyyəti Nəsimi rayon bölməsinin fəaliyyətini
qənaətbəxş qiymətləndiriblər.
Hesabat-seçki yığıncağında təşkilati
məsələlərə baxılıb və Afət Quliyeva yenidən növbəti 3 il üçün sədr seçilib.