07 iyun 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Vitse prezidenti Qafar Əsgərzadə, İdarə rəisi-Vitse-prezident Əziz Qocayev, AzQAC-ın Bakı Regional Mərkəzin koordinatoru Rəna İbrahimova, Miqrasiya şöbəsinin rəhbəri Məmməd Kətanov, Pirallahı Rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə şöbə müdiri Arzu Abdullayev, Gənclər İdman sektorunun müdiri Vüqar Əliyev iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AzQAC-ın Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərovanın 2021-2024-cü illər üzrə sədrin və maliyyə komissiyasının hesabat məruzəsi dinlənilib, XXVII Baş Məclisin nümayəndələrinin seçilməsi təqdim olunub. Təranə İskəndərova çıxış edərək hesabat dövrü ərzində görülən işlərdən danışıb. Daha sonra natiqlər son illər ərzində görülən işlərdən danışaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Hesabat-seçki yığıncağında təşkilati məsələlərə baxılıb və Təranə İskəndərova yenidən növbəti 3 il üçün sədr seçilib.