Miqrasiya şöbəsi olaraq ölkəyə gələn miqrant əhaliyə ödənişsiz Azərbaycan dili dərslərinin keçirilməsi kimi çox humanitar addımın atılması yolunda uğurla artıq 12-ci tədris ilini başa vurmaqdadır. Miqrant valideynlər və uşaqlarına Azərbaycan dili ilə yanaşı Azərbaycan tarixi, ədəbiyyatı, coğrafiyası, mətbəxi, sosial-iqtisadi həyatı və ibtidai riyazi biliklər haqqında da geniş məlumat verilir.
Hər il olduğu kimi bu ilin iyun ayında da miqrant ailələrin şagird övladları
(15 nəfər) “Yanar dağ” Dövlət Tarix Mədəniyyət və Təbiət Qoruğuna və Qəbələ
Lavanda tarlasına, Nic kəndindəki “Qədim Udi Ocağı“ Tarix-Etnoqrafik Muzeyinə ekskursiyalar
təşkil edilib.
Miqrant şagirdlər çox gözəl vaxt keçirib, əylənib və onları maraqlandıran suallar müəllimə Sona Hacıyeva və bələdçi Səbinə xanım tərəfindən dolğun cavablar verilib.