10 iyun 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Şabran rayon bölməsinin hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Regional Mərkəzin Koordinatoru Mətanət Məhərrəmova, idarə-müəssisə rəhbərləri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AzQAC-ın Şabran rayon bölməsinin sədri İlham Hidayətov 2021-2024-cü illər üzrə sədrin və maliyyə komissiyasının hesabat məruzəsi dinlənilib, XXVII Baş Məclisin nümayəndələrinin seçilməsi təqdim olunub. İlham Hidayətov çıxış edərək hesabat dövrü ərzində görülən işlərdən danışıb. Daha sonra natiqlər son illər ərzində görülən işlərdən danışaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Şabran rayon bölməsinin fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Hesabat-seçki yığıncağında təşkilati məsələlərə baxılıb və İlham Hidayətov yenidən növbəti 3 il üçün sədr seçilib.