11 iyun 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Səbail rayon bölməsinin hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Vitse prezidenti Qafar Əsgərzadə, İdarə rəisi-Vitse-prezident Əziz Qocayev, AzQAC-ın Bakı Regional Mərkəzin koordinatoru Rəna İbrahimova, ayrı-ayrı idarə və təşkilatların ilk təşkilatlarından seçilmiş nümayəndələr iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AzQAC-ın Səbail rayon bölməsinin sədri Sevda Bəndəliyeva 2021-2024-cü illər üzrə sədrin və maliyyə komissiyasının hesabat məruzəsi dinlənilib, XXVII Baş Məclisin nümayəndələrinin seçilməsi təqdim olunub. Sevda Bəndəliyeva çıxış edərək hesabat dövrü ərzində görülən işlərdən danışıb. Daha sonra natiqlər son illər ərzində görülən işlərdən danışaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Səbail rayon bölməsinin fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Hesabat-seçki yığıncağında təşkilati məsələlərə baxılıb və Sevda Bəndəliyeva yenidən növbəti 3 il üçün sədr seçilib.