13 iyun 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Binəqədi rayon bölməsinin hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə AzQAC-ın Bakı Regional Mərkəzin koordinatoru Rəna İbrahimova, ayrı-ayrı idarə və təşkilatların ilk təşkilatlarından seçilmiş nümayəndələr iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AzQAC-ın Binəqədi rayon bölməsinin sədri Xəyalə Quliyeva 2021-2024-cü illər üzrə sədrin və maliyyə komissiyasının hesabat məruzəsi dinlənilib, XXVII Baş Məclisin nümayəndələrinin seçilməsi təqdim olunub. Xəyalə Quliyeva çıxış edərək hesabat dövrü ərzində görülən işlərdən danışıb. Daha sonra natiqlər son illər ərzində görülən işlərdən danışaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Binəqədi rayon bölməsinin fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Hesabat-seçki yığıncağında təşkilati məsələlərə baxılıb və Xəyalə Quliyeva yenidən növbəti 3 il üçün sədr seçilib.