20 iyun 2024- cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizami rayon bölməsində növbəti hesabat-seçki konfransı keçirilib.
Konfransda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun
Cəbrayılov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili
Novruz Aslanov, “Şərəf” və “Şöhrət” ordenli, Azərbaycan Respublikasının Əməkdar
İncəsənət xadimi Baba Vəziroğlu, Türk Qızıl Ayın Azərbaycandakı nümayəndəsi
Hüseyn Çıtak, İlk təşkilatlardan nümayəndələr, Bakı Regional Mərkəzinə daxil
olan rayon bölmə sədrləri, rayon bölməsinin əməkdaşları və könüllülər iştirak
ediblər.
Konfransı giriş sözü ilə Bakı
Regional Mərkəzin koordinatoru Rəna İbrahimova açaraq nümayəndələri salamladı. Gündəliyə
əsasən mandat komissiyasının hesabatı dinlənildi və konfransın səlahiyyətli
olduğunu bildirdikdən sonra konfrans açıq elan edilib.
Azərbaycan Dövlət himni səsləndi və Ulu Öndər Heydər
Əliyevin və Vətən uğrunda şəhid olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla
yad edilib.
Sonra AzQAC-ın Nizami rayon bölməsinin sədri Afaq Vəlizadənin gördüyü işlər barədə 3 illik hesabatı və maliyyə komissiyasının hesabat dövründəki məruzəsi dinlənildi və məruzələr ətrafında çıxışlar edilib.
Heydər Əliyev adına Neft Emalı zavodunun İlk Təşkilatının
sədri Edilman Məmmədov, 32 saylı tam orta məktəbin direktoru Sevda Abdullayeva
çıxış edərək Nizami rayon bölməsinin rayon ərazisində gördüyü işlər, hər zaman
aztəminatlı ailələrin, həssas kateqoriyalı insanların, şəhid və qazi ailələrinin
yanında olaraq onlara maddi və mənəvi dayaq olduğunu bildirib.
Baba Vəziroğlu da çıxış edərək Aypara Cəmiyyətinin fəaliyyəti
haqqında öz təəssüratlarını bölüşdü və sonda hörmətli Prezidentimiz İlham
Əliyevə həsr etdiyi şeir ilə öz çıxışını bitirib.
Yenidən Afaq Vəlizadə Nizami rayon bölməsinin sədri,
Elburus Həsənov isə sədr müavini seçilib.
Nizamnaməyə əsasən İdarəetmə Şurasının tərkibinə 9 nəfər
nümayəndə seçilib.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti XXVII Baş Məclisinə
isə 5 nəfər nümayəndə seçilməsi yekdilliklə qəbul edilib.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı cənab Coşqun Cəbrayılov
rayonda görülən işlərdən, ehtiyacı olan insanlara göstərilən qayğılardan,
yardımlardan, hər zaman insanların Aypara Cəmiyyəti haqqında ona deyilən xoş təəssüratlarından
danışaraq yeni seçilən sədr və müavini, eyni zamanda yeni tərkibi təbrik edərək,
işlərində müvəffəqiyyətlər arzulayıb.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov çıxışında Nizami rayon bölməsinin fəaliyyəti haqqında danışaraq bu rayonun Bakı şəhərinin rayonları arasında qabaqcıl olduğunu vurğulayıb.
Eyni zamanda Nizami Rayon İcra Hakimiyyətinin başçısı
Coşqun Cəbrayılova hər zaman Aypara Cəmiyyətnə göstərdiyi dəstəyə görə
minnətdarlığını bildirərək onu "Aypara” medalı və Fəxri Fərman ilə təltif
edib.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri
İctimai Birliyinin sədri Məhi Mehdiyev çıxış edərək Aypara Cəmiyyətinin hər
zaman şəhid ailələrinə maddi və mənəvi dayaq olduğunu bildirdi və Nizami rayon
bölməsinin sədri Afaq Vəlizadəni Fəxri Fərman ilə təltif edib.