18-20 iyun 2024-cü il tarixlərində Bakıda 3 gün ərzində Sağlam Gələcəyin Proqnozlaşdırılması və iqlim üzrə Qlobal Sammiti baş tutub. Görüşdə Sağlamlıq və Qayğı şöbəsinin rəhbəri Əminə Cabbarova, AzQAC-ın Miqrasiya şöbəsinin təhsil üzrə koordinatoru Sona Hacıyeva iştirak ediblər.
Görüşdə sağlamlıq və iqlim problemləri, iqlim dəyişikliyi kontekstində
yardım, bərpa və sülh, WASH(Water, Sanitation, Hygiene)-ın yeni irəliləyişləri,
Qida Təhlükəsizliyi və əhalinin əsas sağlamlığı, iqlim dəyişikliyi kontekstində
universal sağlamlıq əhatəsi, hekayə və media tərəfdaşlığı vasitəsilə Hərəkatın
qurulması, COP29, təcili dünya miqyasında həssas icmalarda iqlimə bağlı xəstəliklərlə
mübarizə ehtiyacı, interaktiv COP29 Məsləhət Dəyirmi Masaları, sağlamlıqda və
ondan kənarda harmonik adaptasiyanın əhəmiyyəti barədə danışılıb.
Həmçinin, Əminə və Sona xanım 18 iyun 2024-cü il tarixində Azərbaycan
Milli Qeyri-Hökumət Təşkilatları Forumunda iştirak ediblər.
Qlobal səhiyyə ictimaiyyəti iqlim dəyişikliyinin təsirlərinə cavab
verməkdə və Qlobal Sağlamlıq Təhlükəsizliyinin yaxşılaşdırılmasına töhfə verməkdə
mühüm rol oynayır.