AzQAC Qobustan rayon bölməsində hesabat-seçki konfransı keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Qobustan rayon bölməsində hesabat-seçki konfransı keçirilib
 The Gobustan district branch of the Azerbaijan Red Crescent Society held a reporting-election conference

21 iyun 2024-ci il tarixində  Qobustan şəhər Elyar Vəliyev adına 2 nömrəli tam orta məktəbdə AzQAC Qobustan rayon bölməsinin hesabat-seçki konfransı keçirilib.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin Koordinatoru Mətanət Məhərrəmova, şəhid Elyar Vəliyevin atası, ayrı-ayrı idarə müəssisələrinin rəhbərləri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AzQAC-ın Qobustan rayon bölməsinin sədri  Nemət Əlicanov 2021-2024-cü illər üzrə sədrin və maliyyə komissiyasının hesabat məruzəsi dinlənilib, XXVII Baş Məclisin nümayəndələrinin seçilməsi təqdim olunub. Nemət Əlicanov çıxış edərək hesabat dövrü ərzində görülən işlərdən danışıb. Daha sonra natiqlər son illər ərzində görülən işlərdən danışaraq, Azərbaycan Qızıl  Aypara  Cəmiyyəti Qobustan rayon bölməsinin fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Hesabat-seçki yığıncağında təşkilati məsələlərə baxılıb və Nemət Əlicanov yenidən növbəti 3 il üçün sədr seçilib.