AzQAC, “LU-MUN HOLDİNG” MMC və “Azerbaijan Fish Farm” MMC-nin dəstəyi ilə Neftçala və Mingəçevir rayonları ərazisində “Ümumi Xeyriyyə Aksiyası” baş tutub

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC, “LU-MUN HOLDİNG” MMC və “Azerbaijan Fish Farm” MMC-nin dəstəyi ilə Neftçala və Mingəçevir rayonları ərazisində “Ümumi Xeyriyyə Aksiyası” baş tutub
AzRCS, "LU-MUN HOLDING" LLC and "Azerbaijan Fish Farm" LLC, held "General Charity Action" in Neftchala and Mingachevir regions

15 iyun 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti  və ”LU-MUN Holding” MMC və onun törəmə şirkəti olan ”Azerbaijan Fish Farm” MMC-nin dəstəyi ilə Neftçala və Mingəçevir rayonları ərazilərində Qurban bayramı ərəfəsində “Ümumi Xeyriyyə Aksiyası” baş tutub. Həmin ərazilərdə yaşayan 112 ailəyə ət paketləri paylanılıb.   

100 ildən artıq şanlı tarixə malik Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır. AzQAC milliyyətinə, cinsiyyətinə, irqinə, dini inanclarına, sinfinə və ya siyasi düşüncələrinə görə heç bir ayrı-seçkilik qoymadan 1920-ci ildən bəri insanlara humanitar yardım göstərir.

2017-ci ildən fəaliyyət göstərən “LU-MUN Holding” MMC Azərbaycanda kənd təsərrüfatı və qida istehsalı sahələrində irimiqyaslı layihələr həyata keçirən investisiya şirkətidir. Holdinqin əsas missiyası Azərbaycanın milli resurslarını optimallaşdırmaq və dirçəltməkdir. Holdinqin məqsədləri isə sağlam və dayanıqlı həyat tərzini cəmiyyətimiz üçün əlçatan və cəlbedici etmək və inkişaf etdirdiyi xidmətlər və məhsullarla tarixdə iz qoymaqdır.

Qeyd edək ki, cəmiyyət tərəfindən göstərilən humanitar xidmətlər və hüquqi hərəkətlərin rəqəmsallaşdırılması məqsədi ilə yaradılmış “YARDIM.ET” adlı İanə İdarəetmə Sistemi fəaliyyət göstərir. Bu sistem çərçivəsində HÖP, SMS, “MilliÖn”, “eManat”, hesab.az, “m10”, “mPay”, “ePul”, “Paşa Bank”, “Bank of Baku” və “UniBank” mobil tətbiqləri, həmçinin sayt vasitəsilə bank kartı və s. kimi vasitələrlə ianələrin toplanması və idarəolunması həyata keçirilir. Toplanmış ianələr ehtiyaclı insanlara müvafiq humanitar yardımların edilməsinə yönləndirilir və heç bir kommersiya və gəlir məqsədi daşımır.

Korporativ sosial məsuliyyəti həyata keçirən bütün şirkətlər və təşkilatlar, o cümlədən fərdi sahibkarlar və xeyriyyəçilər Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq etmək üçün bu ünvana müraciət edə bilərlər: corporate@redcrescent.org.az.