AzQAC-ın Quba rayon bölməsində hesabat-seçki konfransı keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Quba rayon bölməsində hesabat-seçki konfransı keçirilib
 The Guba district branch of the Azerbaijan Red Crescent Society held a reporting-election conference

20 iyun 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Quba rayon bölməsinin hesabat-seçki yığıncağı keçirilib.

Tədbirdə Azəbaycan Qızıl Aypara Cəmiyyətininin Vitse prezidenti Qafar Əsgərzade, İdarə rəisi-Vitse-prezident Əziz Qocayev, AzQAC-ın Sumqayıt Regional Mərkəzin Koordinatoru Mətanət Məhərrəmova, ayrı-ayrı idarə və təşkilatların ilk təşkilatlarından seçilmiş nümayəndələr iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AzQAC-ın Quba rayon bölməsinin sədri  Hüseyn İlyas 2021-2024-cü illər üzrə sədrin və maliyyə komissiyasının hesabat məruzəsi dinlənilib, XXVII Baş Məclisin nümayəndələrinin seçilməsi təqdim olunub. Hüseyn İlyas çıxış edərək hesabat dövrü ərzində görülən işlərdən danışıb.

Daha sonra natiqlər son illər ərzində görülən işlərdən danışaraq, Azərbaycan Qızıl  Aypara  Cəmiyyəti Quba rayon bölməsinin fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Hesabat-seçki yığıncağında təşkilati məsələlərə baxılıb və Hüseyn İlyas yenidən növbəti 3 il üçün sədr seçilib.