AzQAC-ın Pirallahı rayon bölməsində Qurban bayramı sovqatı paylanılıb

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Pirallahı rayon bölməsində Qurban bayramı sovqatı paylanılıb

Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin məsul əməkdaşlarının nəzarəti altında 16-17 iyun 2024-cü il tarixlərində AzQAC-ın Pirallahı rayon bölməsində ailələrə bayramla əlaqəli sovqatlar paylanılıb.

AQTA tərəfindən verilmiş müasir standartlara cavab verən çadır tipli kəsim məntəqəsi RİH tərəfindən gətirilmiş və Pirallahı qəsəbəsində quraşdırılıb. 20-dən çox iri və xırdabuynuzlu heyvanlar kəsilərək qablaşdırılıb, ümumilikdə 400 kq-dan çox ət şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına, ahıllara və aztəminatlı ailələrə paylanılıb.

Bununla yanaşı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi tərəfindən 10 şəhid ailəsinə ərzaq sovqatı təqdim olunub. Bu humanitar aksiyada RİH ilə yanaşı müəssisə rəhbərləri və sahibkarlar da fəallıq göstəriblər.

Ümumilikdə, 369 ərzaq sovqatı paylanılmışdır. Bayram sovqatı ilə əlaqədar sakinlərimiz dövlət başçısına öz xüsusi minnətdarlıqlarını çatdırıblar.