AzQAC-ın Suraxanı rayon bölməsinin hesabat-seçki konfransı keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Suraxanı rayon bölməsinin hesabat-seçki konfransı keçirilib
 The Surakhani district branch of the Azerbaijan Red Crescent Society held a reporting election conference

25 iyun 2024-cü il il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Suraxanı rayon bölməsinin hesabat-seçki konfransı keçirilib. Konfransda İdarəetmə Şurasının üzvləri, rayonda fəaliyyət göstərən Səhiyyə və Təshil ocaqların nümayəndələri, idarə və təşkilatların nümayəndələri, Suraxanı royununda fəaliyət göstərən digər cəmiyyətlər və könüllülər iştirak edib.

Konfrans Dövlət himni ilə öz işinə başladı və bir dəqiqəlik sükutla Ulu Öndər və Vətən uğrunda canından keçən şəhidlərimiz yad edilib.

AzQAC-ın Suraxanı RB Sədri Turan Hüseynova 2021-2024-cü illər üzrə Suraxanı rayon bölməsinin fəaliyyəti ilə bağlı hesabatı təqdim etdikdən sonra maliyyə komissiyasını hesabatı dinlənilib. Bundan sonra hər iki hesabatlar ətrafında çıxışlar edilib.

Gigiyena və Epidemiologiya Mərkəzinin ilk təşkilatının Sədri Rəhmanova Qızxanım, 89 saylı məktəbin ilk təşkilatın Sədri Əmirova Gülniyar, Əlillər Cəmiyyətinin Sədri Tahir Dəmirçiyev çıxış edərək Suraxanı rayon böləsinin işini qənaətbəxş hesab etdiklərini bildirib.

Çıxışlardan sonra təşkilatı məsələlərə keçib növbəti illər üçün QAC Suraxanı RB Sədr – Hüseynova Turan Bəxtiyar qızı, Sədr müavini – Əliyeva Vəfa Vaqif qızı  namizəd göstərilib, səsə qoyularaq, seçiliblər. Nizamnaməyə əsasən 9 nəfərdən ibarət İdarəetmə Şurası seçildi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXVII Baş Məlisinə 5 nəfərdən ibarət nümayəndələr seçilməsi yekdilliklə qəbul edilib.

Konfrans “Aypara” himni ilə öz işini bitirib.