Miqrant müdavimlər üçün artıq
bugün – 27.06.2024-cü ildə AzQAC-ın Baş ofisində kursun 11-ci buraxılışına həsr
olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə müəllimə Sona Hacıyeva açaraq
öncə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı
Novruz Aslanovun salamlarını, xoş arzularını tədbir iştirakçılarına çatdıraraq
xalqımızın erməni faşizmi üzərində 44 günlük müharibə qələbəsinin
qazanılmasında canını fəda etmiş şəhidlərin ruhuna hörmət əlaməti olaraq
1 dəqiqəlik sükutla yad edib.
Miqrasiya şöbəsinin müdüri Məmməd Kətanova verilib. Məmməd bəy bu kursun onların həyatında çox vacib olduğunu, onların cəmiyyətə inteqrasiyasını asanlaşdırdığını söyləyərək, bu mühacirlik həyatında bu kursun onlar üçün həm də psixo-sosial dəstək olduğunu vurğulayıb və onlara gələcək təhsillərində uğurlar arzulayaraq, deyib bu gün artıq təhsilin başa çatması haqqında şəhadətnamələrin təqdimatı olacaqını səsləndirib.
Humanitar Yardım şöbəsinin müdüri Əliağa Abbasov öz çıxışında 11-ci ildir miqrantlar üçün müxtəlif tədbirlərin, seminarların təşkili miqrantlara çox böyük dəstək olub və onların cəmiyyətə fəal qoşulmalarını asanlaşdırdığını söyləyib. O, miqrantların bu kursdan razı qaldıqlarını və artıq sərbəst öz fikirlərini ifadə edə bildiklərini önə çəkərək AzQAC–ın rəhbərliyinə, Azərbaycan dili müəllimi Sona Hacıyevaya təşəkkür edib.
Fondların Artırılması şöbəsinin müdüri Emil Seyidəliyev kurs müddətində müəllimə vasitəsilə xeyirxah insanların dəstəyi ilə müdavimlərə mütəmadi olaraq bayramlarda, Ramazan və Qurban payları, ərzaq, geyim və məişət əşyaları ilə yardımlar edildiyini və tarixi yerlərə (Yanar dağ tarixi etnoqrafik və Beyləqan tarixi məscid komplekslərinə), Tarix və Xalça muzeylərinə ekskursiyaların təşkil edildiyini və ölkə daxilində keçirilən bayram tədbirlərinə onların dəvət edildiyini, ölkədə böyük Təhsil mərkəzlərində elmi-praktik məşğələlərdə iştirakının təmin edildiyini söyləyib.
Təchizat şöbəsinin müdiri Vəfa Əliyeva, Fövqəladə hallar üzrə şöbənin rəhbəri Renat Vəliyev də müdavimləri təbrik edərək uğurlar arzulayıblar.
Sonra 11-ci buraxılış münasibəti ilə
hazırlanmış şəhadətnamələr müvəffəqiyyət qazanmış müdavimlərə paylanılıb
və onlar AzQAC rəhbərliyinə, müəllimə Sona Hacıyevaya, Miqrasiya şöbəsinin
müdiri Məmməd Kətanova, xeyirxah yardımlarına, göstərdiyi böyük köməyə görə
Emil Seyidəliyevə öz təşəkkürlərini bildiriblər.
Tədbir İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cavidan Muradov və tələbələr tərəfindən kollektiv xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.