Azərbaycanda risk kommunikasiyası və icmalarla işin gücləndirilməsini dəstəkləmək üçün İSİM və ÜST-nin Azərbaycandakı Nümayəndəliyi 27 və 28 iyun 2024-cü il tarixlərində təlim təşkil edib. Təlimdə AzQAC-ın Sağlamlıq və Qayğı şöbəsinin müdürü Əminə Cabbarova, AzQAC-ın “Sağlamlıq proqramları”-nın mütəxəssisi Mətanət Qaraxanova iştirak ediblər.
Təlimin məqsədi Azərbaycanın
səhiyyə orqanlarının, onların hökumət üzrə tərəfdaşlarının, beynəlxalq təşkilatlar
və QHT-lərin risk kommunikasiyası və icmalarla iş üzrə potensialını daha da
gücləndirmək, xüsusilə COP-29 təşəbbüslərinə uyğun olaraq, istilik dalğasına
qarşı hazırlığı və cavab tədbirlərini vurğulamaqla, səhiyyə ilə bağlı fövqəladə
hallara cavab verməkdən ibarət olub.
Eyni zamanda risk kommunikasiyası və icmalarla iş üzrə planların işlənib hazırlanmasında və həyata keçirilməsində bacarıqların artırılması, iştirakçıların bu sahədə planlaşdırma, dörd əsas səriştə ətrafında təcrübələrini daha da təkmilləşdirmə və risk kommunikasiyası və icmalarla iş üzrə planlaşdırmanın həyata keçirilməsinə hərtərəfli və vahid yanaşmanı təmin etmək üçün səhiyyə sektoru ilə digər müvafiq dövlət qurumları, qeyri-hökumət təşkilatları və icma üzvləri arasında dialoq və tərəfdaşlığı asanlaşdırmaqla sektorlararası koordinasiya və əməkdaşlığın gücləndirilməsi əsas məqsədlərdəndir.