02 iyul 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Mingeçəvir şəhər bölməsinin hesabat-seçki yığıncağı keçirilib. Konfransda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov, Vitse-prezident, İdarə-rəisi Əziz Qocayev, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, AzQAC Mingəçevir regional mərkəzinin koordinatoru Zaur Nəsibov, AzQAC Mingəçevir şəhər bölməsinin sədri Nəriman İsmayılov, İlk təşkilatlardan nümayəndələr iştirak ediblər.
Gündəliyə əsasən mandat komissiyasının
hesabatı dinlənilib və konfransın səlahiyyətli olduğu bildirdikdən sonra
konfrans açıq elan edilib. Azərbaycanın Dövlət himni səslənilib
və Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş şəhidlərimizin
ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra AzQAC-ın Mingəçevir şəhər
bölməsinin sədri Nəriman İsmayılovun bölmənin gördüyü işlər barədə 3 illik
hesabatı və maliyyə komissiyasının hesabat dövründəki məruzəsi dinlənilib.
Məruzələr ətrafında çıxışlar edilib.Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXVII
Baş Məclisinə 5 nəfər nümayəndə seçilməsi yekdilliklə qəbul
edilib.
Mingəçevir şəhər İcra Hakimiyyətinin
başçısı cənab İlham İsmayılov şəhərdə görülən işlərdən, ehtiyacı olan insanlara
göstərilən qayğılardan, yardımlardan, hər zaman insanların Qızıl Aypara
Cəmiyyəti haqqında ona deyilən xoş təəssüratlarından danışaraq yeni seçilən
sədri, eyni zamanda yeni tərkibi təbrik edərək, işlərində onlara müvəffəqiyyətlər
arzulayıb.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
prezidenti, millət vəkili Novruz Aslanov çıxışında Mingəçevir şəhər bölməsinin
fəaliyyəti haqqında danışaraq bu bölmənin qabaqcıl olduğunu vurğulayıb.
Mingəçevir şəhər İcra Hakimiyyətinin
başçısı İlham İsmayılova hər zaman Qızıl Aypara Cəmiyyətinə göstərdiyi dəstəyə
görə minnətdarlığını bildirərək onu "Aypara-100” medalı və Fəxri Fərman
ilə təltif edib.
Eyni zamanda AzQAC fəalları da Fəxri
Fərmanla mükafatlandırılıb.
Sonra AzQAC-ın Mingəçevir şəhər bölməsinin sədri Nəriman İsmayılovun bölmənin gördüyü işlər barədə 3 illik hesabatı və maliyyə komissiyasının hesabat dövründəki məruzəsi dinlənilib. Məruzələr ətrafında çıxışlar edilib.Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXVII Baş Məclisinə 5 nəfər nümayəndə seçilməsi yekdilliklə qəbul edilib.