AzQAC-ın Mingeçəvir şəhər bölməsində hesabat-seçki konfransı keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Mingeçəvir şəhər bölməsində hesabat-seçki konfransı keçirilib
 The Mingachevir city branch of the Azerbaijan Red Crescent Society held a reporting election conference

02 iyul 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Mingeçəvir şəhər bölməsinin hesabat-seçki yığıncağı keçirilib. Konfransda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov, Vitse-prezident, İdarə-rəisi Əziz Qocayev, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, AzQAC Mingəçevir regional mərkəzinin  koordinatoru Zaur Nəsibov, AzQAC Mingəçevir şəhər bölməsinin sədri Nəriman İsmayılov, İlk təşkilatlardan nümayəndələr iştirak ediblər.

Gündəliyə əsasən mandat komissiyasının hesabatı dinlənilib və konfransın səlahiyyətli olduğu bildirdikdən sonra konfrans açıq elan edilib. Azərbaycanın Dövlət himni səslənilib və  Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. 
Sonra AzQAC-ın Mingəçevir şəhər bölməsinin sədri Nəriman İsmayılovun bölmənin gördüyü işlər barədə 3 illik hesabatı və maliyyə komissiyasının hesabat dövründəki məruzəsi  dinlənilib. Məruzələr ətrafında çıxışlar edilib.Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXVII Baş Məclisinə  5 nəfər nümayəndə seçilməsi yekdilliklə qəbul edilib. 

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov şəhərdə görülən işlərdən, ehtiyacı olan insanlara göstərilən qayğılardan, yardımlardan, hər zaman insanların Qızıl Aypara Cəmiyyəti haqqında ona deyilən xoş təəssüratlarından danışaraq yeni seçilən sədri, eyni zamanda yeni tərkibi təbrik edərək, işlərində onlara müvəffəqiyyətlər arzulayıb.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov çıxışında Mingəçevir şəhər bölməsinin fəaliyyəti haqqında danışaraq bu bölmənin qabaqcıl olduğunu vurğulayıb.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılova hər zaman Qızıl Aypara Cəmiyyətinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirərək onu "Aypara-100” medalı və Fəxri Fərman ilə  təltif edib.

Eyni zamanda AzQAC fəalları da Fəxri Fərmanla mükafatlandırılıb.