AzQAC-ın rayon bölmələrində “Fəlakət riskinin azaldılması” mövzusunda şagirdlərə təlim keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın rayon bölmələrində “Fəlakət riskinin azaldılması” mövzusunda şagirdlərə təlim keçirilib
 Training on "Disaster Risk Reduction" for school children was held by the district branches of the Azerbaijan Red Crescent Society.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası ilə birgə iyun ayının 27-28-i tarixlərində Tovuz rayonunun Elxan Məmmədov adına tam orta məktəbində, Qazax rayonunun Azad Mikayılov adına Xanlıqlar kənd ümumi orta məktəbində, iyun ayının 28-29-u tarixlərində isə Gədəbəy şəhərinin İlham Əliyev adına 1 nömrəli tam orta məktəblərində “Fəlakət riskinin azaldılması” mövzusunda məktəbli uşaqlara 2 günlük təlim keçirilib. Təlimdə AzQAC-ın İcraçı katibin müavini, Gənclər və Könüllülər şöbəsinin müdürü Xalidə İsgəndərova, “Fövqəladə Hallar zamanı təhsilə giriş” layihəsinin əməkdaşı Nicat Qəniyev iştirak ediblər.


Təlimin məqsədi məktəb icmaları məktəblərdə və ətraflarında fövqəladə hadisələrdən yaranan riskləri azalda bilmək, məktəblərdə fövqəladə hallar zamanı hökumətin təxliyyə planı haqda məlumatlandırmaq, yerli hökumət orqanlarının fövqəladə vəziyyətdə hansı cavab tədbirlərinin yerinə yetirəcəyini anlamaq olub.


Təlimçilər şagirdləri məktəb icmasına fəlakət riski, fövqəladə hadisə, imkansızlıq, həyati vacib elementlər və imkanlar kimi əsas anlayışları anlamağa kömək etməkdə, məktəb daxilində və ətrafında təhlükəsiz və təhlükəli yerləri anlamağa kömək etmək, təhlükəli yerlərin sayını necə azaltmaq və təhlükəsiz yerlərin sayını artırmaqla bağlı məlumatlandırıb. Eyni zamanda mövzu ətrafında qrup işi müzakirələri aparılıb.


Təlimdə 60 şagird, 9 könüllü, rayon bölməsinin sədrləri və müəllimlər iştirak ediblər.