AzQAC-da Milli Cəmiyyətin 2025-2027 Vahid Planının hazırlanması üzrə təlim keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-da Milli Cəmiyyətin 2025-2027 Vahid Planının hazırlanması üzrə təlim keçirilib

2-5 iyun tarixlərində Azərbaycan Qızıl Aypara Cəmiyyətində Milli Cəmiyyətin 2025-2027 Vahid Planının hazırlanması başlıqlı təlim keçirilib. 4 günlük təlimin əsas məqsədi 2024-cü ilin yanvar-iyun ayları arasında fəaliyyətimizi nə qədər uğurla həyata keçirdiyimizi aydınlaşdırmaq üçün məlumatlanmaqdan, AzQAC-ın növbəti üç il ərzində (2025-2027) diqqətini cəmləşdirəcəyi əsas istiqamətləri, o cümlədən hazırda ölkədə hərəkat tərəfdaşları tərəfindən dəstəklənən tədbir və fəaliyyətləri müəyyənləşdirməkdən ibarət olub.


Görüşdə AzQAC-ın İcraçı katibi Ceyhun Mirzəyev, İcraçı katibin müavini Şaban Şayev, İnformasiya İdarəetmə/Planlaşdırma, Monitorinq, Qiymətləndirmə və Hesabat mütəxəssisi Şöhrət Nağıyeva, BQXF-nın Milli Cəmiyyətin İnkişafı Nümayəndəsi Alexander Mordovin, təlimatçı Lela Berduzli iştirak ediblər.


Təlim nəticəsində Milli Cəmiyyətin növbəti üç il üçün strateji prioritetləri müzakirə olunub müəyyənləşdirilib. Gələcək fəaliyyət iqlim və ətraf mühit, təbii fəlakətlər və böhranlar, sağlamlıq və qayğı, miqrasiya və dəyərlər, güc, inklüzivlik, təşkilati inkişaf başlıqları altında toplana bilər.