AzQAC-ın Xızı rayon bölməsində hesabat-seçki konfransı keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Xızı rayon bölməsində hesabat-seçki konfransı keçirilib


02 iyul 2024-cü il tarixində AzQAC Xızı bölməsinin hesabat-seçki konfransı Baxşılı kənd orta məktəbində baş tutub. Konfransda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Vitse-prezidenti Qafar Əsgərzadə, Vitse-prezident-İdarə rəisi Əziz Qocayev, Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova iştirak ediblər. Konfransa bölmə ilə əməkdaşlıq edən ayrı-ayrı müəssisələrinin və xeyriyyəçi təşkilatların dəvətliləri də qatılıb. Konfrans Dövlət himni ilə öz işinə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 
Konfransın gündəliyi konfrans iştirakçılarına çatdırıb. Xızı rayon bölməsinin sədri Rövşən Yusifov 2021-2024-cü illər üzrə Xızı rayon bölməsinin fəaliyyəti ilə bağlı hesabatı təqdim edib. Bundan sonra bölmənin maliyyə hesabatı dinlənilib. Hər iki hesabatlar ətrafında çıxışlar olaraq, üç ildə bölmənin gördüyü işlərə qiymət verilib. Bundan sonra təşkilatı məsələ, yəni növbəti illər üçün bölmə sədrliyinə növbəti dəfə Yusifov Rövşən Abbas oğlu, sədr müavinliyinə Ələkbərov Vaqif Vahib oğlu  namizəd göstərilərək, səsə qoyularaq seçiliblər. Nizamnaməyə əsasən, İdarəetmə şurasının tərkibi 9 nəfərdən ibarət nümayəndələr seçilib. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXVII Baş Məclisinə 3 nəfərdən ibarət nümayəndə seçilməsi yekdilliklə qəbul edilib.


Azərbaycan Qızıl Aypara Cəmiyyətinin     Vitse-prezidenti Qafar Əsgərzadə və Əziz Qocayev çıxışında Xızı rayon bölməsinin qabaqcıl bölmələr sırasında olduğunu, xüsusi vurğulayaraq, onların işini qiymətləndiriblər və növbəti illərdə görəcəyi işlərdə uğurlar arzulayıblar.


Konfrans “Aypara” himni ilə öz işini başa vurub.