“Yay Futbol Düşərgəsi” layihəsi FHN-nin Sumqayıt Regional Mərkəzində keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / “Yay Futbol Düşərgəsi” layihəsi FHN-nin Sumqayıt Regional Mərkəzində keçirilib

"Paşa Həyat Sığorta", "İkar-Qrup" ("Kəhriz Su") sponsorluğu, "Azərikimya" İB-nin dəstəyi ilə Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı, Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin və "Sumqayıt" Futbol Klubunun təşkil etdiyi "Yay Futbol  Düşərgəsi" layihəsinin üçüncü mərhələsi çərçivəsində 9 iyul 2024-cü il tarixində FHN-nin Sumqayıt Regional Mərkəzində şəhid və qazi ailəsindən olan uşaqlara ekskursiya təşkil olunub. Ekskursiyada iştirak edən məktəblilər FHN-nin Sumqayıt Regional Mərkəzinin texnikası, avadanlıqları ilə tanış olublar. AzQAC Sumqayıt rayon mərkəzi aidiyyatlı şəxsləri uşaqları maraqlandıran sualları cavablandırıblar. RM tərəfindən tədbirə dəvət olunan Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt FMKD –nin üzvləri İlk yardım postu qurub, İlk yardıma aid olan avadanlıqları ilə keçirilən açıq qapı tədbirinə qatılıblar. FMKD-nin üzvləri müəyyən İlk Yardım vərdişlərini nümayiş etdirib, uşaqları maraqlandıran sualları cavablandırıblar.


Tədbir akt zalında davam etdirilib. FHN Sumqayıt RM rəisi, polkovnik Vaqif Fətullayev uşaqları salamlayıb, onlara xoş arzularını bildirib. Tədbirin sonunda Vaqif Fətullayev hər bir iştirakçı uşağa FHN –nin “Fövqaladə Hallar uşaqların gözü ilə” rəsm albomu kitabını hədiyyə edib. Tədbir boyu uşaqlarla xatirə şəkilləri çəkdirilib.