8-12 iyul 2024-cü il tarixlərində Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda silsilə maarifləndirmə sessiyaları həyata keçirilib. Maarifləndirici sessiyalarının keçirilməsində əsas məqsəd “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair” I Dövlət Proqramının icrası çərçivəsində mərhələli şəkildə köçürülməsi nəzərdə tutulan məcburi köçkünlərin mina və partlamamış hərbi sursatlarla (PHS) bağlı məlumatlılığının artırılması, mümkün risk faktorunun minimuma endirilməsidən ibarət olub.
İlk
mərhələdə sessiyalar Bakı şəhərində keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları
Binəqədi rayonundakı yataqxanalarda yaşayan vətəndaşlar üçün təşkil olunub. "Qapı-qapı” formatında keçirilən maarifləndirici
sessiyaları AzQAC-ın Miqrasiya şöbəsinin müdüri, silahlara qarşı mübarizə layihəsinin
koordinatoru Məmməd Kətanov və Cəmiyyətin təlim keçmiş 12 nəfər könüllüdən ibarət
heyəti tərəfindən gerçəkləşdirilib. “Qapı-qapı” sessiyasında təlimçilər mənzillərə
gedərək ailə üzvlərinə zəruri məlumatlar verib, onların suallarını
cavablandırıblar.
Maarifləndirmə
sessiyalarında xəbərdaredici və məlumatlandırıcı
nişanlar, mina təhlükələrindən qorunmaq barədə məlumatlar verilib. Daha sonra maarifləndirici
broşürlər paylanılıb, aidiyyatlı əyani vəsaitlərdən istifadə edilib, təhlükə
zamanı müraciət edilə biləcək dövlət qurumları və əlaqə vasitələri xatırladılıb.
Mina
və PHS təhlükəsi ilə bağlı maarifləndirici son sessiyalar 1431 nəfər əhali
qrupunu əhatə edib. Sessiyaların keçmiş məcburi köçkünlərin sıx məskunlaşdıqları
digər ərazilərdə də silsilə şəklində davam etdirilməsi nəzərdə tutulub.
Bu
fəaliyyətlərin həyata keçrilməsində səmərəli əməkdaşlığa, eyni zamanda göstərdikləri
hərtərəfli dəstəyə görə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinə təşəkkürümüzü bildiririk.
Maarifləndirmə sessiyalarında xəbərdaredici və məlumatlandırıcı nişanlar, mina təhlükələrindən qorunmaq barədə məlumatlar verilib. Daha sonra maarifləndirici broşürlər paylanılıb, aidiyyatlı əyani vəsaitlərdən istifadə edilib, təhlükə zamanı müraciət edilə biləcək dövlət qurumları və əlaqə vasitələri xatırladılıb.
Mina
və PHS təhlükəsi ilə bağlı maarifləndirici son sessiyalar 1431 nəfər əhali
qrupunu əhatə edib. Sessiyaların keçmiş məcburi köçkünlərin sıx məskunlaşdıqları
digər ərazilərdə də silsilə şəklində davam etdirilməsi nəzərdə tutulub.
Bu
fəaliyyətlərin həyata keçrilməsində səmərəli əməkdaşlığa, eyni zamanda göstərdikləri
hərtərəfli dəstəyə görə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinə təşəkkürümüzü bildiririk.
Bu fəaliyyətlərin həyata keçrilməsində səmərəli əməkdaşlığa, eyni zamanda göstərdikləri hərtərəfli dəstəyə görə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təşəkkürümüzü bildiririk.