AzQAC-ın Ağdaş rayon bölməsində hesabat-seçki konfransı keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Ağdaş rayon bölməsində hesabat-seçki konfransı keçirilib
 The Aghdash district branch of the Azerbaijan Red Crescent Society held a reporting-election conference

23 iyul 2024-cü il tarixində AzQAC Ağdaş rayon bölməsinin hesabat-seçki konfransı baş tutub. Konfransda Mədəniyyət idarəsinin əməkdaşı Mərdanova Zümrüd, Ağdaş İcra Hakimiyyətinin əməkdaşı Əliyev Ramiq iştirak ediblər.
 
Konfrans Dövlət himni ilə öz işinə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 
Konfransın gündəliyi konfrans iştirakçılarına çatdırıb. Ağdaş rayon bölməsinin sədri Kənan Nəbiyev 2021-2024-cü illər üzrə Ağdaş rayon bölməsinin fəaliyyəti ilə bağlı hesabatı təqdim edib. Bundan sonra bölmənin maliyyə hesabatı dinlənilib. Hər iki hesabatlar ətrafında çıxışlar olaraq, üç ildə bölmənin gördüyü işlərə qiymət verilib. Bundan sonra təşkilatı məsələ, yəni növbəti illər üçün bölmə sədrliyinə növbəti dəfə , Kənan Nəbiyev namizəd göstərilərək, səsə qoyularaq seçilib. Nizamnaməyə əsasən, İdarəetmə şurasının tərkibi 9 nəfərdən ibarət nümayəndələr seçilib. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXVII Baş Məclisinə 3 nəfərdən ibarət nümayəndə seçilməsi yekdilliklə qəbul edilib.


Konfrans “Aypara” himni ilə öz işini başa vurub.