Türk Qızıl Ay və AzQAC ilə birlikdə “Sevgi Boğçası” layihəsi keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / Türk Qızıl Ay və AzQAC ilə birlikdə “Sevgi Boğçası” layihəsi keçirilib
 The Azerbaijan Red Crescent Society in collaboration with the Red Crescent Society of Turkey implements the "Love Bundle" project.

23-24 iyul 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin səhiyyə şöbəsi və Lənkəran bölməsi, UNICEF TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Sevgi Boğçası” layihəsi keçirilib. “Sevgi Boğçası” layihəsinin açılışında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Lənkəran rayon bölməsinin rəhbəri Zəfər Miriyev, Türk Qızıl Ayın Azərbaycan nümayəndəliyinin rəhbəri Hüseyin Çıtak, AzQAC-ın Sağlamlıq və Qayğı şöbəsinin müdüri Əminə Cabbarova, təlimçi Mətanət Qaraxanova, AzQAC-ın Lənkəran rayon bölməsinin könüllüləri və tibb bacıları iştirak ediblər. Lənkəran şəhəri Aşağı Nüvədi qəsəbə həkim məntəqəsində, Lənkəran Perinatal Mərkəzində, Lerik şəhər sağlamlıq mərkəzində və Lənkəranın Şiləvar kənd ibtidai məktəbində 57 nəfər hamilə qadına yeni doğulmuş körpələr üçün sağlamlıq maarifləndirilməsi və körpəyə qulluq boğçaları paylanılıb.

Bundan əlavə, müraciət əsasında Şiləvar kənd sağlamlıq mərkəzində ehtiyacların qiymətləndirilməsi aparılıb və mərkəzin dəstəyə ehtiyacı olduğu müəyyən edilib.