25-27 iyul 2024-cü il tarixlərində Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda silsilə maarifləndirmə sessiyaları həyata keçirilib.
Maarifləndirici
sessiyalarının keçirilməsində əsas məqsəd “İşğaldan azad edilmiş ərazilərə
Böyük Qayıdışa dair” I Dövlət Proqramının icrası çərçivəsində Füzuli şəhərinə
köçürülmüş sakinlərə mina və partlamamış hərbi sursatlarla (PHS) bağlı məlumatların
verilməsi və onların hələ də mövcud təhlükələrdən qorunmasını təmin etməkdir.
İlkin mərhələdə sessiyalar Füzuli şəhəri ərazisində
artıq məskunlaşmış əhali qrupu üçün təşkil
olunub. "Qapı-qapı” formatında
keçirilən maarifləndirici sessiyaları AzQAC-ın Miqrasiya şöbəsinin müdiri, Silahlara
qarşı mübarizə layihəsinin koordinatoru Məmməd Kətanov, koordinator müavini
Renat Vəliyev və Cəmiyyətin təlim keçmiş 12 nəfər könüllüdən ibarət heyəti tərəfindən
gerçəkləşdirilib. “Qapı-qapı” sessiyasında təlimçilər mənzillərə gedərək ailə
üzvlərinə zəruri məlumatlar verib, onların suallarını cavablandırıblar.
Maarifləndirmə
sessiyalarında xəbərdaredici və məlumatlandırıcı
nişanlar, mina təhlükələrindən qorunmaq barədə məlumatlar verilib. Daha sonra maarifləndirici
broşürlər paylanılıb, aidiyyatlı əyani vəsaitlərdən istifadə edilib, təhlükə
zamanı müraciət edilə biləcək dövlət qurumları və əlaqə vasitələri xatırladılıb.
Mina
və PHS təhlükəsi ilə bağlı maarifləndirici 11058 sessiyalar üzrə ümumilikdə 26824
nəfər əhali qrupu sessiyalardan bəhrələnmişdir.
Bütün bu fəaliyyətlərin davamı olaraq digər ərazilərdə də bu yönümlü sessiyalar
həyata keçirilməsi nəzərdə tutulub. Görülən işlər əhali tərəfindən böyük rəğbətlə qarşılanıb. Uğurlu fəaliyyətin baş
tutmasında göstərdiyi hərtərəfli dəstəyə görə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
prezidenti cənab Novruz Aslanova layihənin bütün iştirakçıları adından öz dərin
təşəkkürümüzü bildiririk. Məhz onun işgüzar münasibətlərinin sayəsində hökumət
və dövlət qurumları ilə səmərəli əməkdaşlıq qurulmuş, gələcək fəliyyətlər üçün
geniş imkanlar yaradılmışdır.
İlkin mərhələdə sessiyalar Füzuli şəhəri ərazisində artıq məskunlaşmış əhali qrupu üçün təşkil olunub. "Qapı-qapı” formatında keçirilən maarifləndirici sessiyaları AzQAC-ın Miqrasiya şöbəsinin müdiri, Silahlara qarşı mübarizə layihəsinin koordinatoru Məmməd Kətanov, koordinator müavini Renat Vəliyev və Cəmiyyətin təlim keçmiş 12 nəfər könüllüdən ibarət heyəti tərəfindən gerçəkləşdirilib. “Qapı-qapı” sessiyasında təlimçilər mənzillərə gedərək ailə üzvlərinə zəruri məlumatlar verib, onların suallarını cavablandırıblar.