“Sprint” seminarını
keçməzdən öncə öz şagirdlərin öz fikirlərini sərbəst şəkildə bölüşmək və
gənclərə icmalarda mövcud çətinlikləri müəyyən etmək və bu problemləri həll
etmək bacarıqlarını aşılamaqdan ibarət olub.
Bununla əlaqədar olaraq, Azərbaycan Qızıl Aypara
Cəmiyyəti, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası ilə
birgə 17-18 iyul tarixlərində Tovuz rayonunun Nəsrəddin Tusi adına məktəb
liseyində, 18-19 iyul tarixlərində Qazax rayonunun Azad Mikayılov adına Xanlıqlar
kənd ümumi orta məktəbində, 22-23 iyul tarixlərində Bərdə rayon Kələntərli tam
orta məktəbində və Füzuli şəhəri Mirzə Uluqbəy adına 1№ tam orta məktəbində,
23-24 iyul tarixlərində Ağdam rayon Üçoğlan kənd tam orta məktəbində, 24-25
iyul tarixlərində Tərtər rayonunun Qaradağlı kənd tam orta məktəbində
“Məktəblərdə Həyat bacarıqları” mövzusunda məktəbli uşaqlara təlim keçmiş
könüllülər tərəfindən 2 günlük təlim keçirilib.
Təlimdə AzQAC-ın İcraçı
katibin müavini, Gənclər və Könüllülər şöbəsinin müdürü Xalidə İsgəndərova,
“Fövqəladə Hallar zamanı təhsilə giriş” layihəsinin əməkdaşı Nicat Qəniyev, 130
şagird, 12 könüllü, rayon bölməsinin sədrləri iştirak ediblər.Sonda
məktəbli uşaqlardan 24 sosial yönümlü kiçik, müxtəlif layihələr toplanılıb.
Daha sonra layihənin qiymətləndirmə işləri aparılaraq hər rayondan müxtəlif 2 layihənin
seçilməsi nəzərdə tutulub.