FMKD üçün “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” haqqında əsas tanışlıq kursu keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / FMKD üçün “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” haqqında əsas tanışlıq kursu keçirilib
 A basic introductory course was conducted for members of the Emergency Mobile Volunteer Teams

4 avqust 2024-cü il tarixində, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Qazax və Tovuz rayon bölmələrinə yeni qoşulan könüllülər üçün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” haqqında Əsas Tanışlıq Kursu  keçirilib. Kursun əsas məqsədi Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının missiyasını, komponentlərini və əsas prinsiplərini daha yaxşı başa düşmək və Azərbaycan Qızıl Aypara Cəmiyyətini ictimaiyyətdə layiqincə təmsil etmək üçün könüllülər arasında Qızıl Xaç və Qızıl Aypara Hərəkatı haqqında bilikləri yaymaqdır.
Kurs zamanı könüllülərə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tarixi, Hərəkatın tərkib hissələri, Hərəkatın əsas prinsipləri, humanizm emblemləri və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətləri baradə ətraflı məlumat verilib.
Kursda AzQAC-ın Qazax və Tovuz rayon bölmələrindən ümumilikdə 13 könüllü iştirak edib.
Kurs Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fövqəladə Mobil Könüllü Dəstələrin Koordinatoru Nigar Rüstəmzadə və AzQAC-ın təcrübəli könüllüsü Fərid Nağızadə tərəfindən həyata keçirilib.