Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı üzrə praktiki sessiyalar keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı üzrə praktiki sessiyalar keçirilib
 Practical training sessions on the International Red Cross and Red Crescent Movement were held

Avqustun 5-dən 7-dək Tovuz rayon bölməsi, 9-10 avqust tarixlərində isə Qazax rayon bölməsində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı üzrə praktiki sessiyalar təşkil olunub. Bu sessiyalar könüllülərin praktiki bacarıqlarını gücləndirmək, onları öz icmalarında daha effektiv yayım sessiyaları keçirməyə təşviq etmək üçün nəzərdə tutulmuşdur.

Təlim zamanı iştirakçılar Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının yaranma tarixi, Hərəkatın tərkib hissələri, Emblemlər və Fundamental Prinsiplər, eləcə də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tarixi, missiyası və fəaliyyətləri kimi Hərəkata aid müxtəlif mövzular təqdim ediblər və nəzəri biliklərini praktiki tətbiq etmək imkanı əldə ediblər.
Sessiyalarda ümumilikdə hər iki rayon bölməsindən 26 könüllü iştirak edib.

Təlim Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) Koordinatoru Nigar Rüstəmzadə və AzQAC-ın təcrübəli könüllüsü Fərid Nağızadə tərəfindən həyata keçirilib.