“Fövqəladə Hallar zamanı təhsilə giriş” layihəsi çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası ilə birgə 16 avqust 2024-cü il tarixində Ağdam rayonu Səfərli qəsəbəsi, 9 nömrəli tam orta məktəbinin şagirdləri arasında “Poeziya gecəsi” keçirilib. Tədbir zamanı AzQAC-ın İcraçı katibin müavini, Gənclər və Könüllülər şöbəsinin müdürü Xalidə İsgəndərova, “Fövqəladə Hallar zamanı təhsilə giriş” layihəsinin əməkdaşı Nicat Qəniyev iştirak ediblər.
Tədbirin məqsədi məktəbli uşaqların öz biliklərini göstərmələrinə şərait
yaratmaq, milli ədəbi irsin qorunub saxlanmasına və inkişafına töhfə vermək, şagirdlər arasında sosial əlaqələri gücləndirmək, istedad
və yaradıcılığı nümayiş etdirmək, məktəb və icma daxilində müsbət əhval-ruhiyyəni
artırmaq olub.
Tədbir zamanı uşaqlar bir çox şeirlər, mahnılar səsləndirib, səhnəciklər qurublar.
Tədbirdə 50 nəfər olmaqla məktəb şagirdləri, müəllimlər,
valideynlər, rayonun tanınmış şairləri iştirak ediblər.
Sonda
bütün şagirdlər hədiyyə və sertifikatla mükafatlandırılıb.
Tədbirdə 50 nəfər olmaqla məktəb şagirdləri, müəllimlər, valideynlər, rayonun tanınmış şairləri iştirak ediblər.
Sonda bütün şagirdlər hədiyyə və sertifikatla mükafatlandırılıb.