“Fövqəladə hallar zamanı təhsilə giriş” layihəsi çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası ilə birgə 22 avqust 2024-cü il tarixində Füzuli rayonunun Horadiz olimpiya kompleksində məktəbli şagirdlər arasında futbol yarışı keçirilib.
Tədbirin məqsədi yay tətili zamanı uşaqların
vaxtlarını səmərəli keçirməsi ilə əlaqədar olaraq, məktəbli uşaqları idmana həvəsləndirmək,
şagirdlərin fiziki, əqli inkişafına, şagirdlərin sosial bacarıqlarının
inkişafına töhfə vermək, uşaqlar arasında həmrəyliyin artırılması və məktəbli
şagirdlərin inkişafına töhfə verməkdən ibarət olub. Şagirdləri idmana sövq etməklə
bu fəaliyyət onların fiziki aktivliyini artıraraq, həm də sosial bacarıqlarını
artırmaq məqsədi daşıyır.
Şagirdlərin təhlükəsizliyi
üçün lazımi tədbirlər görülüb və yarışlar təhlükəsiz şəraitdə keçirilib. İlk
öncə ilk yardım təlimi keçmiş könüllü təlimçilər tərəfindən İlk Yardım təlimi keçirilib.
Bütün komandalar AzQAC tərəfindən idman paltarları və toplarla təmin edilib.
Sonda
bütün iştirakçılar təşəkkürnamə, ilk 3 yeri tutan komandalar isə diplom və hədiyyələrlə
mükafatlandırılıb.