27-28 avqust 2024-cü il tarixlərində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə birgə AzQAC-nin rayon bölmə könüllüləri üçün Kommunikasiya və Yayım üzrə təlim təşkil etdi.
Təlimin məqsədi könüllülərin icmalarla effektiv
şəkildə işləmək üzrə bilik və bacarıqlarını təkmilləşdirmək idi.
Tədbirdə AzQAC-nin
İcraçı katibin müavini, Gənclər və Könüllülər şöbəsinin müdiri Xalidə
İsgəndərova, BHH və Fundamental Prinsiplərin yayım sektorunun rəhbəri Nahidə Qədirova və BQXK-nin Kommunikasiya şöbəsinin əməkdaşı Amil
Həsənov çıxış edib, mövzu ilə bağlı fikirlərini bildiriblər.
Təlim zamanı
iştirakçılar Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tarixi və
missiyası barədə daha ətraflı məlumat əldə etdilər, habelə gələcək təlimlərdə
istifadə ediləcək metodologiyaların hazırlanması üçün qruplarda işlədilər. Təlimin məqsədi yalnız
onların bilik və bacarıqlarını təkmilləşdirmək yox, həm də işlədikləri
icmalarda Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı barəsində məlumatlılığı
artırmaq idi.
Effektiv
kommunikasiya, audiovizual materialların toplanması və vaxtın idarə edilməsinə
həsr olunmuş sessiyalarda 21 könüllü iştirak etdi.
Təlimin məqsədi könüllülərin icmalarla effektiv şəkildə işləmək üzrə bilik və bacarıqlarını təkmilləşdirmək idi.
Tədbirdə AzQAC-nin İcraçı katibin müavini, Gənclər və Könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova, BHH və Fundamental Prinsiplərin yayım sektorunun rəhbəri Nahidə Qədirova və BQXK-nin Kommunikasiya şöbəsinin əməkdaşı Amil Həsənov çıxış edib, mövzu ilə bağlı fikirlərini bildiriblər.
Təlim zamanı iştirakçılar Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tarixi və missiyası barədə daha ətraflı məlumat əldə etdilər, habelə gələcək təlimlərdə istifadə ediləcək metodologiyaların hazırlanması üçün qruplarda işlədilər. Təlimin məqsədi yalnız onların bilik və bacarıqlarını təkmilləşdirmək yox, həm də işlədikləri icmalarda Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı barəsində məlumatlılığı artırmaq idi.
Effektiv kommunikasiya, audiovizual materialların toplanması və vaxtın idarə edilməsinə həsr olunmuş sessiyalarda 21 könüllü iştirak etdi.