Fövqəladə Mobil Könüllü Dəstələr tərəfindən “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” üzrə yayım sessiyaları keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / Fövqəladə Mobil Könüllü Dəstələr tərəfindən “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” üzrə yayım sessiyaları keçirilib

Müntəzəm fəaliyyətlərinin bir hissəsi olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 7 rayon bölməsinin Fövqəladə Mobil Könüllü Dəstələri (FMKD) tərəfindən hər ay icmalarda və məktəblərdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı haqqında “Yayım Sessiyaları” təşkil olunur. Sessiyaların məqsədi icmalarda Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı barəsində məlumatlılığı artırmaq, eləcə də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətlərini tanıtmaqdır.


Sessiyalar zamanı iştirakçılara Hərəkatın tarixi, onun əsas prinsipləri və emblemləri, həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyəti və onun fəaliyyətləri baradə ətraflı məlumat verilir.



Sessiyalar, həmçinin şagirdlər üçün interaktiv məşğələləri əhatə edir və sual-cavab ilə başa çatır.


2024-cü ilin avqust ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə AzQAC-ın Tərtər, Ağdam, Füzuli, Tovuz, Qazax və Bərdə rayon bölmələrinin könüllüləri tərəfindən  ümumilikdə 7 yayım sessiyası həyata keçirilmişdir.