Əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının təmin olunmasına dair seminar keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / Əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının təmin olunmasına dair seminar keçirilib

4 sentyabr 2024-cü il tarixində Dövlət Miqrasiya Xidmətində “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya naminə səylərin səfərbər edilməsi” layihəsi çərçivəsində seminar keçirilib.
 
“Əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının təmin olunması: beynəlxalq sənədlər, mövcud vəziyyət və bu sahədə fəaliyyət perspektivləri” mövzusunda təşkil olunan seminarda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Miqrasiya şöbəsinin Hesabat sektorunun rəhbəri Fidan Mirsultanova,miqrantlarla yaxından işləyən qeyri-hökumət təşkilatlarının nümayəndələri, hüquqşünaslar, miqrant icmalarının təmsilçiləri və digər şəxslər iştirak ediblər.
 
Tədbirdə layihənin məqsəd və vəzifələri barədə məlumat verilib, həmçinin  əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının təmin olunması sahəsində həyata keçirilən fəaliyyətlər diqqətə çatdırılıb.
 
İnteraktiv şəraitdə keçən tədbirdə çıxış edənlər miqrantların hüquqi statusu, əmək fəaliyyəti, ölkə ərazisində olma və yaşama icazələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.