AzQAC-ın Füzuli rayon bölməsinin tam orta məktəblərində şagirdlərə məktəb ləvazimatları paylanılıb

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Füzuli rayon bölməsinin tam orta məktəblərində şagirdlərə məktəb ləvazimatları paylanılıb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Füzuli rayon bölməsi tərəfindən Zobucuq-3 məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə yerləşən 33 saylı tam orta məktəbdə və Molla Məhərrəmli kənd tam orta məktəbində aztəminatlı ailələrin övladlarına məktəb ləvazimatlarının paylanması həyata keçirilib. Bu aksiya, Cəmiyyətin humanitar missiyasına uyğun olaraq, aztəminatlı ailələrə dəstək göstərilməsi və onların övladlarının təhsil prosesinə daha yaxşı hazırlanmalarına kömək məqsədini daşıyıb.