AzQAC AzInTelecom-un dəstəyi ilə işğaldan azad edilmiş ərazilərdə “Məktəbə Qayıdış” aksiyası keçirib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC AzInTelecom-un dəstəyi ilə işğaldan azad edilmiş ərazilərdə “Məktəbə Qayıdış” aksiyası keçirib

AzInTelecom MMC və Azərbaycan Qızıl Aypara Cəmiyyəti işğaldan azad edilmiş ərazilərdə “Məktəbə Qayıdış” aksiyası keçirib.


AzQAC-ın təşkilatçılığı və “AzInTelecom” MMC-nin dəstəyi ilə Qarabağ İqtisadi Rayonu, işğaldan azad olunan ərazilərdə yeni məskunlaşan və yeni tədris ilinə hazırlaşan məktəblilər üçün “Məktəbə Qayıdış” aksiyası həyata keçirilib.


Aksiya Füzuli rayonu və kəndlərində baş tutub. Layihə çərçivəsində bu il məktəbə gedəcək olan 200 ibtidai sinif şagirdinə məktəbli çantaları və dəftərxana ləvazimatları hədiyyə edilib.