Kimə:
-Beynəlxalq Qızıl Xaç Komitəsinə
Tarix: 13.09.2024
Donetskdə baş vermiş ağır hadisə və onun yaratdığı fəsadlar barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Xüsusilə, bomba partlayışı nəticəsində həyatlarını itirmiş BQXK-nin 3 əməkdaşının faciəsi bizi sarsıtdı. Bu dəyərli əməkdaşlar insanlara yardım etməyi, xeyirxahlığı özlərinə peşə seçmiş qəhrəmanlardır. Onların bu cür amansız şəkildə həyatdan köçməsi olduqca böyük itki və dərin hüzn doğurur.
Həlak olan əməkdaşların ailələrinə, yaxınlarına, dostlarına, Azərbaycan Qızıl
Aypara Cəmiyyəti adından, çoxsaylı üzvlərimiz və könüllülərimiz adından dərin
hüznlə başsağlığı verirəm. Biz bu çətin və kədərli zamanda sizinlə birlikdəyik
və dərdinizə şərik olduğumuzu bildirmək istəyirik.